Vacancies

Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu

Veyseloglu Group of Companies "Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis" vakansiyasını açıq elan edir.

Əsas Tələblər

• Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

• Büdcələmə, maliyyə hesabatlılığı və ya idarəetmə uçotu sahəsində minimum 3 il, aparıcı vəzifədə minimum 1 il iş təcrübəsi;

• Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;

• Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə praktiki təcrübə;

• Analitik düşüncə, məlumatların təhlili, problem həll etmə və operativ qərarvermə bacarığı;

• MS Excel (Advanced), ERP sistemləri üzrə yüksək səviyyədə bilik;

• Yüksək məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.

• PMS sertifikatı arzuolunandır;

Əsas Vəzifə Öhdəlikləri:

• Şirkətin gündəlik maliyyə əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçotda əks etdirilməsini təmin etmək.

• Aylıq xərclərin uçotunu aparmaq, ay bağlanışı prosesini icra etmək və xərc analizi hesabatlarını hazırlamaq.

• Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

• Şirkətin pul vəsaitlərinin qalıqları haqqında məlumatları hazırlamaq və təqdim etmək.

• Ödənişlərin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək.

• Rəsmi (Vergi, Statistik, DSMF və digər aidiyyəti qurumlar) hesabatlarını hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.

• Üzləşmələri aparmaq və uyğunsuzluqları araşdırmaq.

• Büdcənin hazırlanması prosesində iştirak etmək, büdcənin icrasına və büdcə limitlərinə nəzarəti həyata keçirmək, büdcə-fakt analizlərini hazırlamaq və kənarlaşmaların səbəblərini araşdırmaq.

• İş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Why join us?

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (Həftəiçi)
  • Nahar: Təmin edilir
  • Servis xidməti Mövcuddur
  • Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Büdcə və mühasibat uçotu üzrə aparıcı mütəxəssis” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Back
Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis
Veysəloğlu Şirkətlər Qrupu
Apply Now
Posted: 17 August 2026
Deadline: 17 September 2026
Source ID 148586
Views 2

Detail.Share