Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis
Veyseloglu Group of Companies "Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis" vakansiyasını açıq elan edir.
Əsas Tələblər
• Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
• Büdcələmə, maliyyə hesabatlılığı və ya idarəetmə uçotu sahəsində minimum 3 il, aparıcı vəzifədə minimum 1 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
• Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə praktiki təcrübə;
• Analitik düşüncə, məlumatların təhlili, problem həll etmə və operativ qərarvermə bacarığı;
• MS Excel (Advanced), ERP sistemləri üzrə yüksək səviyyədə bilik;
• Yüksək məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
• PMS sertifikatı arzuolunandır;
Əsas Vəzifə Öhdəlikləri:
• Şirkətin gündəlik maliyyə əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçotda əks etdirilməsini təmin etmək.
• Aylıq xərclərin uçotunu aparmaq, ay bağlanışı prosesini icra etmək və xərc analizi hesabatlarını hazırlamaq.
• Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
• Şirkətin pul vəsaitlərinin qalıqları haqqında məlumatları hazırlamaq və təqdim etmək.
• Ödənişlərin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək.
• Rəsmi (Vergi, Statistik, DSMF və digər aidiyyəti qurumlar) hesabatlarını hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.
• Üzləşmələri aparmaq və uyğunsuzluqları araşdırmaq.
• Büdcənin hazırlanması prosesində iştirak etmək, büdcənin icrasına və büdcə limitlərinə nəzarəti həyata keçirmək, büdcə-fakt analizlərini hazırlamaq və kənarlaşmaların səbəblərini araşdırmaq.
• İş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Почему мы?
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (Həftəiçi)
- Nahar: Təmin edilir
- Servis xidməti Mövcuddur
- Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Büdcə və mühasibat uçotu üzrə aparıcı mütəxəssis” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.