Hüquq məsləhətçisi
İş yeri Göygöl şəhərindədir
Əmək funksiyası:
• Müqavilələrnin hazırlanmasında iştirak edir;
• Müəssisınin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin edir;
• Müəssisənin mənafeyini məhkəmə orqanlarında,digər idarə,müəssisə və təşkilatlarda,habelə hüquq mühafizə orqanlarında müdafiə edir;
• Qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir;
• Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir;
• Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir;
• Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir;
• Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir;
• İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir;
• Başqa bölmələrlə birgə müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır;
• Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında iştirak edir;
• Qanunun tətbiqi üzrə iş aparır;
• Müəssisə, idarə və təşkilatların fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir;
• Müəssisə, idarə və təşkilatların işçilərinə carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir.
Requirements
- Göygöl və Gəncə şəhərlərinin sakinlərinə üstünlük verilir;
- Komersiya hüququ sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi.
- İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
- Mövzü yerinə “Hüquq məsləhətçisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.