Vakansiyalar
XA

Hüquq məsləhətçisi

Xan

İş yeri Göygöl şəhərindədir

Əmək funksiyası:

• Müqavilələrnin hazırlanmasında iştirak edir;

• Müəssisınin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin edir;

• Müəssisənin mənafeyini məhkəmə orqanlarında,digər idarə,müəssisə və təşkilatlarda,habelə hüquq mühafizə orqanlarında müdafiə edir;

• Qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir;

• Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir;

• Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir;

• Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir;

• Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir;

• İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir;

• Başqa bölmələrlə birgə müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır;

• Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında iştirak edir;

• Qanunun tətbiqi üzrə iş aparır;

• Müəssisə, idarə və təşkilatların fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir;

• Müəssisə, idarə və təşkilatların işçilərinə carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir.

Tələblər

  • Göygöl və Gəncə şəhərlərinin sakinlərinə üstünlük verilir;
  • Komersiya hüququ sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi.
  • İş şəraiti:
  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
  • Mövzü yerinə “Hüquq məsləhətçisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Geri