Vacancies
FF

Hüquqşünas

Falcon Finance

BOKT “Falcon Finance” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.

İş şəraiti

• Ərazi: Bakı

• Maaş: Razılaşma

• İş rejimi: Tam iş günü (5 gün)

• Müqavilə: Əmək müqaviləsi

Əsas vəzifələr:

• Problemli kreditlərlə bağlı BOKT-un xeyrinə çıxarılmış məhkəmə qərarlarının icrası üçün zəruri hüquqi tədbirləri həyata keçirmək;

• Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək və icra prosesini izləmək;

• Məhkəmə və icra orqanlarının qərarlarından qanunvericiliyə uyğun qaydada şikayət və vəsatətlər hazırlamaq;

• İcra şöbələri ilə əməkdaşlıq etmək və icra işlərinə nəzarət etmək;

• BOKT-u məhkəmələrdə və icra şöbələrində hüquqi şəxs qismində təmsil etmək;

• Borcluların gəlirlərinə və əmlakına yönəldilmiş icra tədbirlərinin görülməsi üçün hüquqi prosedurları həyata keçirmək;

• Problemli kreditlərlə bağlı keçirilən hərraclarda BOKT-u təmsil etmək və qanunvericiliyə uyğun tədbirlər görmək;

• Borclularla məhkəmə qərarları əsasında hüquqi danışıqlar aparmaq;

• Hüquqi sənədləri hazırlamaq, hüquqi sənəd dövriyyəsini aparmaq;

• Elektron Məhkəmə və Elektron Notariat sistemlərində işləmək;

• Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək;

• Hüquq şöbəsi rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək.

Requirements

  • Yaş: 25 — 45 yaş
  • Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi;
  • Ali hüquqi təhsil
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Cins: Kişi
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
  • Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel,Outlook) işləmək bacarığı;
  • Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.
Back