Hüquqşünas
BOKT “Falcon Finance” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
• Ərazi: Bakı
• Maaş: Razılaşma
• İş rejimi: Tam iş günü (5 gün)
• Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
• Problemli kreditlərlə bağlı BOKT-un xeyrinə çıxarılmış məhkəmə qərarlarının icrası üçün zəruri hüquqi tədbirləri həyata keçirmək;
• Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək və icra prosesini izləmək;
• Məhkəmə və icra orqanlarının qərarlarından qanunvericiliyə uyğun qaydada şikayət və vəsatətlər hazırlamaq;
• İcra şöbələri ilə əməkdaşlıq etmək və icra işlərinə nəzarət etmək;
• BOKT-u məhkəmələrdə və icra şöbələrində hüquqi şəxs qismində təmsil etmək;
• Borcluların gəlirlərinə və əmlakına yönəldilmiş icra tədbirlərinin görülməsi üçün hüquqi prosedurları həyata keçirmək;
• Problemli kreditlərlə bağlı keçirilən hərraclarda BOKT-u təmsil etmək və qanunvericiliyə uyğun tədbirlər görmək;
• Borclularla məhkəmə qərarları əsasında hüquqi danışıqlar aparmaq;
• Hüquqi sənədləri hazırlamaq, hüquqi sənəd dövriyyəsini aparmaq;
• Elektron Məhkəmə və Elektron Notariat sistemlərində işləmək;
• Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək;
• Hüquq şöbəsi rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər
- Yaş: 25 — 45 yaş
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi;
- Ali hüquqi təhsil
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: Kişi
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel,Outlook) işləmək bacarığı;
- Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.