Vacancies
SF

Xarici Satınalmalar üzrə Mütəxəssis

Sədərək Firması

Responsibilities

  • Xarici bazarı mütəmadi araşdırmaq, şirkətin tələbatına uyğun yeni və etibarlı təchizatçıları müəyyən etmək;
  • Potensial təchizatçıların məhsul çeşidi, qiymətləri, keyfiyyəti və əməkdaşlıq şərtlərini araşdıraraq ən uyğun variantları seçmək;
  • Xarici təchizatçılarla əlaqələr qurmaq və davamlı əməkdaşlığı təmin etmək;
  • Məhsul və materiallar üzrə qiymət təklifləri almaq, müqayisə və təhlil etmək;
  • Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
  • Satınalma sifarişlərini hazırlamaq və sifarişlərin vaxtında icrasına nəzarət etmək;
  • Xaricdən alınan məhsulların tələb olunan keyfiyyətdə və razılaşdırılmış müddətdə çatdırılmasını təmin etmək;
  • İdxal üçün tələb olunan sənədlərin (Invoice, Packing List, Certificate of Origin və s.) düzgünlüyünü yoxlamaq;
  • Logistika şirkətləri, ekspeditorlar və gömrük brokerləri ilə koordinasiyalı işləmək;
  • Sifarişlərin daşınma və çatdırılma prosesini izləmək, gecikmə və digər problemlər yarandıqda operativ həll yolları tapmaq;
  • Satınalma və logistika xərclərini optimallaşdırmaq və şirkət üçün ən sərfəli variantların seçilməsini təmin etmək;
  • Mövcud və potensial təchizatçılar üzrə məlumat bazası yaratmaq və yeniləmək;
  • Xarici satınalmalar üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək..
  • Namizədə tələblər:
  • Yaş: 25-45
  • Cins: qadın, kişi
  • Ali təhsil;
  • Xarici satınalma, idxal, logistika və ya təchizat sahəsində iş təcrübəsi;
  • Azərbaycan, ingilis və rus dillərində əla ünsiyyət bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Xarici təchizatçılarla iş və kommersiya danışıqları aparmaq bacarığı;
  • İdxal və satınalma sənədləri haqqında məlumatlılıq;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq.
  • İş şəraiti
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: 1000-1500 Azn
  • İş qrafiki: 5 günlük iş həftəsi.
  • Ünvan: Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocasən yolu, Sədərək TM çıxışı
  • Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xarici Satınalmalar üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq ünvanına göndərə bilərlər.
Back