SF
Xarici Satınalmalar üzrə Mütəxəssis
Sədərək Firması
Должностные обязанности
- Xarici bazarı mütəmadi araşdırmaq, şirkətin tələbatına uyğun yeni və etibarlı təchizatçıları müəyyən etmək;
- Potensial təchizatçıların məhsul çeşidi, qiymətləri, keyfiyyəti və əməkdaşlıq şərtlərini araşdıraraq ən uyğun variantları seçmək;
- Xarici təchizatçılarla əlaqələr qurmaq və davamlı əməkdaşlığı təmin etmək;
- Məhsul və materiallar üzrə qiymət təklifləri almaq, müqayisə və təhlil etmək;
- Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
- Satınalma sifarişlərini hazırlamaq və sifarişlərin vaxtında icrasına nəzarət etmək;
- Xaricdən alınan məhsulların tələb olunan keyfiyyətdə və razılaşdırılmış müddətdə çatdırılmasını təmin etmək;
- İdxal üçün tələb olunan sənədlərin (Invoice, Packing List, Certificate of Origin və s.) düzgünlüyünü yoxlamaq;
- Logistika şirkətləri, ekspeditorlar və gömrük brokerləri ilə koordinasiyalı işləmək;
- Sifarişlərin daşınma və çatdırılma prosesini izləmək, gecikmə və digər problemlər yarandıqda operativ həll yolları tapmaq;
- Satınalma və logistika xərclərini optimallaşdırmaq və şirkət üçün ən sərfəli variantların seçilməsini təmin etmək;
- Mövcud və potensial təchizatçılar üzrə məlumat bazası yaratmaq və yeniləmək;
- Xarici satınalmalar üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək..
- Namizədə tələblər:
- Yaş: 25-45
- Cins: qadın, kişi
- Ali təhsil;
- Xarici satınalma, idxal, logistika və ya təchizat sahəsində iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərində əla ünsiyyət bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı;
- Xarici təchizatçılarla iş və kommersiya danışıqları aparmaq bacarığı;
- İdxal və satınalma sənədləri haqqında məlumatlılıq;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq.
- İş şəraiti
- Nahar şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: 1000-1500 Azn
- İş qrafiki: 5 günlük iş həftəsi.
- Ünvan: Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocasən yolu, Sədərək TM çıxışı
- Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xarici Satınalmalar üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq ünvanına göndərə bilərlər.