AP
Anbardar
AK Pack MMC
Требования
- Logo proqramında sərbəst işləmək bacarığı (mütləqdir)
- Anbardar sahəsində minimum 1-3 il iş təcrübəsi
- Ali təhsil (Bakalavr dərəcəsi) üstünlük veriləcək.
- MS Office proqramları üzrə biliklər (işləmək bacarığı);
- Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
- Əsas vəzifə və öhdəliklər:
- Anbara daxil olan malları, xammalı və hazır məhsulları qəbul etmək, yoxlamaq və müvafiq qaydada yerləşdirmək;
- Məhsul və xammalların anbardan buraxılışını müvafiq sənədlər (qaimələr, təhvil-təslim aktları) əsasında həyata keçirmək;
- Anbardakı malların hərəkətini (giriş-çıxış) sistemdə və uçot sənədlərində dəqiq və vaxtında əks etdirmək;
- İstehsalat və satış şöbələri ilə koordinasiyalı çalışaraq tələb olunan xammal və məhsulların operativ təminatını həyata keçirmək;
- Anbarda olan mal-materialların saxlanma şəraitinə, təhlükəsizliyinə və zədələnməməsinə nəzarət etmək;
- Dövri inventarizasiya (sayım) prosesində fəal iştirak etmək, faktiki qalıqlar ilə sistem göstəricilərini tutuşdurmaq;
- Anbarda səliqə-sahmana, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;
- Yararsız və ya zədələnmiş mal-materiallar aşkar edildikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək və aktlaşdırmaq.
- İş şəraiti:
- İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
- İş qrafiki: həftə içi 5 gün (09:00-18:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis xidməti (Sumqayıt şəhəri).
- Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Anbardar” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.