Vakansiyalar
AP

Anbardar

AK Pack MMC

Tələblər

  • Logo proqramında sərbəst işləmək bacarığı (mütləqdir)
  • Anbardar sahəsində minimum 1-3 il iş təcrübəsi
  • Ali təhsil (Bakalavr dərəcəsi) üstünlük veriləcək.
  • MS Office proqramları üzrə biliklər (işləmək bacarığı);
  • Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
  • Əsas vəzifə və öhdəliklər:
  • Anbara daxil olan malları, xammalı və hazır məhsulları qəbul etmək, yoxlamaq və müvafiq qaydada yerləşdirmək;
  • Məhsul və xammalların anbardan buraxılışını müvafiq sənədlər (qaimələr, təhvil-təslim aktları) əsasında həyata keçirmək;
  • Anbardakı malların hərəkətini (giriş-çıxış) sistemdə və uçot sənədlərində dəqiq və vaxtında əks etdirmək;
  • İstehsalat və satış şöbələri ilə koordinasiyalı çalışaraq tələb olunan xammal və məhsulların operativ təminatını həyata keçirmək;
  • Anbarda olan mal-materialların saxlanma şəraitinə, təhlükəsizliyinə və zədələnməməsinə nəzarət etmək;
  • Dövri inventarizasiya (sayım) prosesində fəal iştirak etmək, faktiki qalıqlar ilə sistem göstəricilərini tutuşdurmaq;
  • Anbarda səliqə-sahmana, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;
  • Yararsız və ya zədələnmiş mal-materiallar aşkar edildikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək və aktlaşdırmaq.
  • İş şəraiti:
  • İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
  • İş qrafiki: həftə içi 5 gün (09:00-18:00);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis xidməti (Sumqayıt şəhəri).
  • Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Anbardar” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri