Daxili nəzarət üzrə mütəxəssis
Şöbə: Maliyyə və risk
İşəgötürən: “TABİA Group” MMC
Ünvan: Neftçilər prospekti 153, PBT
Əmək funksiyası:
• Şirkət və ona tabe olan müəssisələrin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq və proseslərə nəzarət etmək;
• İş prosesində baş vermiş neqativ halları aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək;
• Şirkət daxili nizam intizam pozuntularına nəzarət etmək və intizam pozuntuları aşkarlandıqda sənədləşdirmək;
• Şirkət və ona tabe olan müəssisələrdə proseslərin monitorinqində iştirak etmək;
• Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərinin hazırlanmasında iştirak etmək və proseslərin mövcud qayda və siyasətlərin tələblərinə uyğunluğunu yoxlamaq;
• Daxili proseslərin optimallaşdırılması və effektivləşdirilməsi üçün təkliflər vermək;
• Cəmiyyətin proseslər üzrə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində iştirak etmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını həyata keçirmək.
Требования
- Təhsil:
- Maliyyə, Mühasibat uçotu və Audit və ya İqtisadiyyat üzrə ali təhsil.
- İş təcrübəsi:
- Maliyyə, daxili nəzarət, gəlirlərə nəzarət (İncome auditor) və ya audit üzrə 1-3 il iş təcrübəsi;
- Hoteldə iş təcrübəsi;
- Bilik və Bacarıqlar:
- Mühasibat uçotu və hesabatlıq üzrə yüksək biliklər;
- Hotel əməliyyatlari və riskləri barədə yüksək biliklər;
- Mübahisə və problemlərlə qarşılaşan zaman yerində həll etmə bacarığı;
- MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər);
- İscala, Opera və digər PMS sistemləri üzrə bilik və bacarıqlar;
- Biznes proseslərin təşkili və strukturu üzrə biliklər (xidmət və istehsalat sahəsi);
- Kompüter bilikləri:
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- ERP proqram təminatında işləmək bacarığı;
- Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.