Vakansiyalar
TG

Daxili nəzarət üzrə mütəxəssis

TABİA Group

Şöbə: Maliyyə və risk

İşəgötürən: “TABİA Group”  MMC

Ünvan: Neftçilər prospekti 153, PBT

Əmək funksiyası:

•   Şirkət və ona tabe olan müəssisələrin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq və proseslərə nəzarət etmək;

• İş prosesində baş vermiş neqativ halları aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək;

• Şirkət daxili nizam intizam pozuntularına nəzarət etmək və intizam pozuntuları aşkarlandıqda sənədləşdirmək;

• Şirkət və ona tabe olan müəssisələrdə proseslərin monitorinqində iştirak etmək;

• Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərinin hazırlanmasında iştirak etmək və proseslərin mövcud qayda və siyasətlərin tələblərinə uyğunluğunu yoxlamaq;

• Daxili proseslərin optimallaşdırılması və effektivləşdirilməsi üçün təkliflər vermək;

• Cəmiyyətin proseslər üzrə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində iştirak etmək;

• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını həyata keçirmək.

Tələblər

  • Təhsil:
  • Maliyyə, Mühasibat uçotu və Audit və ya İqtisadiyyat üzrə ali təhsil.
  • İş təcrübəsi:
  • Maliyyə, daxili nəzarət, gəlirlərə nəzarət (İncome auditor) və ya audit üzrə 1-3 il iş təcrübəsi;
  • Hoteldə iş təcrübəsi;
  • Bilik və Bacarıqlar:
  • Mühasibat uçotu və hesabatlıq üzrə yüksək biliklər;
  • Hotel əməliyyatlari və riskləri barədə yüksək biliklər;
  • Mübahisə və problemlərlə qarşılaşan zaman yerində həll etmə bacarığı;
  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər);
  • İscala, Opera və digər PMS sistemləri üzrə bilik və bacarıqlar;
  • Biznes proseslərin təşkili və strukturu üzrə biliklər (xidmət və istehsalat sahəsi);
  • Kompüter bilikləri:
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • ERP proqram təminatında işləmək bacarığı;
  • Dil bilikləri:
  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə;
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.
Geri