Kommersiya rəhbəri
Təsvir
• Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması;
• Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili;
• Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (Value management);
• Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət;
• Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value Engineering);
• Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
• Müqavilələrin hazırlanması prosesinə imzaya qədər nəzarət və idarə etmək;
• Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
• Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
• İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
• Layihələrin maliyyə axınları hesabatlarının hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
• İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların rəhbərliyə təqdim edilməsi;
• Layihələrin Aralıq hesabatlarının hazırlanması (Interim Cost Reports);
• Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
• Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates);
• Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək;
• Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə müdirinə təqdim etmək.
Требования
- Ali təhsil: Müvafiq ixtisas üzrə ali təhsil;
- İş təcrübəsi: Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 4 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili - yaxşı;
- Kompyuter bilikləri: MS Ofis proqramları, AutoCad;
- Komanda şəklində çalışmaq və əməkdaşlıq bacarıqları.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.