Вакансии
FF

Lizinq mütəxəssisi

Falcon Finance

BOKT “Falcon Finance” MMC Lizinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.

İş şəraiti

• Ərazi: Bakı

• Maaş: Razılaşma

• İş rejimi: Tam iş günü (5 gün)

• Müqavilə: Əmək müqaviləsi

Əsas vəzifələr:

• Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb edilməsini təmin etmək;

• Potensial müştərilərlə görüşlər keçirmək, lizinq məhsulları və şərtləri barədə ətraflı məlumat vermək;

• Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək;

• Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək;

• Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;

• Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;

• Təsdiq edilmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək;

• Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək, yüksək xidmət keyfiyyətini təmin etmək və satış hədəflərinin icrasına nail olmaq;

• Daxili prosedur və qaydalara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;

• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetrimək.

Требования

  • Yaş: 25 — 45 yaş
  • Təhsil: Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (yalnız Bank, BOKT təcrübəsi olan namizədlərə  üstünlük veriləcəkdir);
  • Güclü analitik qabiliyyət və satış bacarığı;
  • Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Göstərilən tələblərə cavab verən, namizədlərin  CV-lərini “lizinq mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.
Назад
FF
Lizinq mütəxəssisi
Falcon Finance
Откликнуться
Опубликовано: 13 августа 2026
Дедлайн: 13 сентября 2026
Компания Falcon Finance
ID источника 148402
Просмотры 1

Detail.Share