Lizinq mütəxəssisi
BOKT “Falcon Finance” MMC Lizinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
• Ərazi: Bakı
• Maaş: Razılaşma
• İş rejimi: Tam iş günü (5 gün)
• Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
• Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb edilməsini təmin etmək;
• Potensial müştərilərlə görüşlər keçirmək, lizinq məhsulları və şərtləri barədə ətraflı məlumat vermək;
• Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək;
• Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək;
• Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;
• Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;
• Təsdiq edilmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək;
• Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək, yüksək xidmət keyfiyyətini təmin etmək və satış hədəflərinin icrasına nail olmaq;
• Daxili prosedur və qaydalara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetrimək.
Requirements
- Yaş: 25 — 45 yaş
- Təhsil: Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (yalnız Bank, BOKT təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir);
- Güclü analitik qabiliyyət və satış bacarığı;
- Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;
- MS Office proqramlarında işləmək bacarığı.
- Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “lizinq mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.