SC
Qida təhlükəsizliyi üzrə inspektor
Seaport Catering
“Seaport Catering” MMC “Qida təhlükəsizliyi üzrə inspektor” vəzifəsi üzrə vakansiya elan edir.
Требования
- Ali təhsil: Standartlaşdırma və sertifikasiya, Qida texnologiyası, Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar;
- Qida sektorunda iş təcrübəsi mütləqdir;
- Müvafiq sahədə ən azı 1-2 il iş təcrübəsi;
- Qida məhsullarının keyfiyyət göstəriciləri və istehsal prosesləri haqqında praktiki bilik;
- Keyfiyyətə nəzarət və sənədləşdirmə sahəsində təcrübə;
- Analitik düşüncə və problemlərin səbəbini müəyyənləşdirmək bacarığı;
- Hesabatların hazırlanması və sənədlərlə işləmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Bilməlidir:
- ISO 22000 – Qida təhlükəsizliyi idarəetmə sistemi;
- ISO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi;
- ISO 45001:2018 – Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi;
- Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu;
Должностные обязанности
- Keyfiyyətə Nəzarət Planının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
- İstehsalın bütün mərhələlərində məhsulun keyfiyyət göstəricilərinə nəzarət etmək;
- Lahiyəyə daxil olan xammal, yarımfabrikat və digər məhsulların müəyyən edilmiş keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğunu yoxlamaq;
- Məhsulların qablaşdırılması və anbarlarda düzgün saxlanmasına nəzarət etmək;
- İstehsal prosesində yaranan uyğunsuzluqları və keyfiyyət problemlərini müəyyən etmək;
- Uyğunsuzluqların səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər hazırlamaq;
- Keyfiyyətsiz məhsulların istehsalının və istehlakçıya təqdim edilməsinin qarşısının alınması üzrə tədbirlər görmək;
- Məhsul və xidmət keyfiyyətinin yüksəldilməsi üzrə təkliflər hazırlamaq;
- Qida təhlükəsizliyi üzrə yoxlamalar aparmaq və müvafiq hesabatları hazırlamaq;
- ISO prosedurları və müvafiq təlimatların hazırlanmasında iştirak etmək;
- Müəssisədaxili auditlərin keçirilməsində iştirak etmək;
- Sanitar-gigiyenik vəziyyətin və istehsalat sahələrinin yoxlanılmasında iştirak etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək;
- İstehsalatda baş verə biləcək zədələnmə və risklərin səbəblərinin təhlilində iştirak etmək;
- Ətraf mühitin çirklənməsinin qarşısının alınması üzrə tədbirlərdə iştirak etmək;
- İşçilərə müvafiq təhlükəsizlik və sanitar-gigiyena tələbləri üzrə təlimatların keçirilməsində iştirak etmək.
- İşəgötürənin təklif etdiyi imkanlar
- Rəsmi əmək münasibətləri;
- Stabil iş şəraiti;
- Peşəkar inkişaf imkanı;
- Qida sənayesi üzrə müxtəlif istehsal proseslərində təcrübə;
- Əmək haqqının namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyənləşdirilməsi.
- CV-nizi “Qida təhlükəsizliyi üzrə inspektor” qeyd edib Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.