Vacancies
SC

Qida təhlükəsizliyi üzrə inspektor

Seaport Catering

“Seaport Catering” MMC “Qida təhlükəsizliyi üzrə inspektor” vəzifəsi üzrə vakansiya elan edir.

Requirements

  • Ali təhsil: Standartlaşdırma və sertifikasiya, Qida texnologiyası, Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar;
  • Qida sektorunda iş təcrübəsi mütləqdir;
  • Müvafiq sahədə ən azı 1-2 il iş təcrübəsi;
  • Qida məhsullarının keyfiyyət göstəriciləri və istehsal prosesləri haqqında praktiki bilik;
  • Keyfiyyətə nəzarət və sənədləşdirmə sahəsində təcrübə;
  • Analitik düşüncə və problemlərin səbəbini müəyyənləşdirmək bacarığı;
  • Hesabatların hazırlanması və sənədlərlə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Bilməlidir:
  • ISO 22000 – Qida təhlükəsizliyi idarəetmə sistemi;
  • ISO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi;
  • ISO 45001:2018 – Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi;
  • Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu;

Responsibilities

  • Keyfiyyətə Nəzarət Planının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
  • İstehsalın bütün mərhələlərində məhsulun keyfiyyət göstəricilərinə nəzarət etmək;
  • Lahiyəyə daxil olan xammal, yarımfabrikat və digər məhsulların müəyyən edilmiş keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğunu yoxlamaq;
  • Məhsulların qablaşdırılması və anbarlarda düzgün saxlanmasına nəzarət etmək;
  • İstehsal prosesində yaranan uyğunsuzluqları və keyfiyyət problemlərini müəyyən etmək;
  • Uyğunsuzluqların səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər hazırlamaq;
  • Keyfiyyətsiz məhsulların istehsalının və istehlakçıya təqdim edilməsinin qarşısının alınması üzrə tədbirlər görmək;
  • Məhsul və xidmət keyfiyyətinin yüksəldilməsi üzrə təkliflər hazırlamaq;
  • Qida təhlükəsizliyi üzrə yoxlamalar aparmaq və müvafiq hesabatları hazırlamaq;
  • ISO prosedurları və müvafiq təlimatların hazırlanmasında iştirak etmək;
  • Müəssisədaxili auditlərin keçirilməsində iştirak etmək;
  • Sanitar-gigiyenik vəziyyətin və istehsalat sahələrinin yoxlanılmasında iştirak etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İstehsalatda baş verə biləcək zədələnmə və risklərin səbəblərinin təhlilində iştirak etmək;
  • Ətraf mühitin çirklənməsinin qarşısının alınması üzrə tədbirlərdə iştirak etmək;
  • İşçilərə müvafiq təhlükəsizlik və sanitar-gigiyena tələbləri üzrə təlimatların keçirilməsində iştirak etmək.
  • İşəgötürənin təklif etdiyi imkanlar
  • Rəsmi əmək münasibətləri;
  • Stabil iş şəraiti;
  • Peşəkar inkişaf imkanı;
  • Qida sənayesi üzrə müxtəlif istehsal proseslərində təcrübə;
  • Əmək haqqının namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyənləşdirilməsi.
  • CV-nizi “Qida təhlükəsizliyi üzrə inspektor” qeyd edib Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Back