BR
PL/TMM və Komplayens Departamentinə Kiçik Mütəxəssis/Mütəxəssis
Bank Respublika ASC
Təsvir
• Siron Embargo proqramı vasitəsilə müştərilərin ölkədaxili köçürmə və daxilolma əməliyyatlarına nəzarətin həyata keçirilməsi;
• Filiallardan daxil olan sorğuların araşdırılması, təhlil edilməsi və müvafiq rəyin verilməsi;
• Görülmüş işlər üzrə yekun nəticələrin departament rəhbərinə mütəmadi olaraq hesabat şəklində təqdim edilməsi;
• Müştəri əməliyyatlarının şübhəlilik indikatorları əsasında monitorinqinin aparılması, araşdırılması və nəticələr üzrə hesabatların hazırlanması;
• Filial, şöbə və digər struktur bölmələrdən PL/TMM və Komplayens Departamentinə daxil olan sorğuların araşdırılması və əsaslandırılmış cavabların hazırlanması.
Tələblər
- İqtisadiyyat, riyaziyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Bank sektorunda əməliyyat sahəsində iş təcrübəsi üstünlük hesab edilir;
- Microsoft Office (xüsusilə Word və Excel) proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; data analitikası üzrə biliklər üstünlükdür;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək; rus və ingilis dillərini bilmək arzuolunandır;
- Güclü analitik və məntiqi düşünmə, məlumatları təhlil etmək və qanunauyğunluqları müəyyən etmək bacarığı;
- Detallara diqqətli və məsuliyyətli yanaşma;
- Yeni bilik və bacarıqları mənimsəməyə yüksək motivasiya;
- Komandada effektiv işləmək və ünsiyyət qurmaq bacarığı;
- Konfidensial məlumatlarla işləmək və məxfiliyin qorunması prinsiplərinə riayət etmək.
- Qeyd: Bu sahədə təcrübəsi olmayan, lakin yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərə təcrübəli əməkdaşların mentorluğu və dəstəyi ilə ilk 1 ay ərzində PL/TMM sahəsi üzrə kompleks bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur. Namizədlərə müraciət etməzdən əvvəl çirkli pulların yuyulması və iqtisadi sanksiyalar mövzuları üzrə ilkin araşdırma apararaq tanış olmaları tövsiyə edilir.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.