Vacancies
BR

PL/TMM və Komplayens Departamentinə Kiçik Mütəxəssis/Mütəxəssis

Bank Respublika ASC

Təsvir

• Siron Embargo proqramı vasitəsilə müştərilərin ölkədaxili köçürmə və daxilolma əməliyyatlarına nəzarətin həyata keçirilməsi;

• Filiallardan daxil olan sorğuların araşdırılması, təhlil edilməsi və müvafiq rəyin verilməsi;

• Görülmüş işlər üzrə yekun nəticələrin departament rəhbərinə mütəmadi olaraq hesabat şəklində təqdim edilməsi;

• Müştəri əməliyyatlarının şübhəlilik indikatorları əsasında monitorinqinin aparılması, araşdırılması və nəticələr üzrə hesabatların hazırlanması;

• Filial, şöbə və digər struktur bölmələrdən PL/TMM və Komplayens Departamentinə daxil olan sorğuların araşdırılması və əsaslandırılmış cavabların hazırlanması.

Requirements

  • İqtisadiyyat, riyaziyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • Bank sektorunda əməliyyat sahəsində iş təcrübəsi üstünlük hesab edilir;
  • Microsoft Office (xüsusilə Word və Excel) proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; data analitikası üzrə biliklər üstünlükdür;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək; rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Güclü analitik və məntiqi düşünmə, məlumatları təhlil etmək və qanunauyğunluqları müəyyən etmək bacarığı;
  • Detallara diqqətli və məsuliyyətli yanaşma;
  • Yeni bilik və bacarıqları mənimsəməyə yüksək motivasiya;
  • Komandada effektiv işləmək və ünsiyyət qurmaq bacarığı;
  • Konfidensial məlumatlarla işləmək və məxfiliyin qorunması prinsiplərinə riayət etmək.
  • Qeyd: Bu sahədə təcrübəsi olmayan, lakin yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərə təcrübəli əməkdaşların mentorluğu və dəstəyi ilə ilk 1 ay ərzində PL/TMM sahəsi üzrə kompleks bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur. Namizədlərə müraciət etməzdən əvvəl çirkli pulların yuyulması və iqtisadi sanksiyalar mövzuları üzrə ilkin araşdırma apararaq tanış olmaları tövsiyə edilir.
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back