Restoran İnzibatçısı
Boranı Restoranı Lənkəran filialı üzrə Restoran İnzibatçısı vakansiyası elan edir.
Əsas vəzifə öhdəlikləri:
• Filialın gündəlik inzibati və təşkilati fəaliyyətinin koordinasiya olunması;
• Filialda daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət;
• İşçi heyətinin işə davamiyyəti, iş qrafiki və ümumi fəaliyyətinə nəzarət;
• Filialın gündəlik iş prosesinin düzgün və fasiləsiz təşkilinin təmin edilməsi;
• Şirkət rəhbərliyi tərəfindən verilən tapşırıqların icrasına nəzarət;
• Filial üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Filialın təsərrüfat, avadanlıq və digər inzibati ehtiyaclarının izlənilməsi;
• Aşkar olunan problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və aidiyyəti şəxslərə bildirilməsi;
• İşçilər arasında iş bölgüsünün və əməkdaşlığın düzgün təşkilinə dəstək göstərilməsi;
• Şirkətin daxili prosedur və standartlarının filialda tətbiqinə nəzarət.
Tələblər
- 25–40 yaş aralığında olmaq;
- İnzibati və ya idarəetmə sahəsində iş təcrübəsinin olması arzuolunandır;
- Təşkilatçılıq və idarəetmə bacarığı;
- Məsuliyyətli və operativ qərarvermə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Səliqəli, intizamlı və ünsiyyətcil olmaq;
- Restoran və xidmət sahəsində iş təcrübəsi üstünlükdür.
- İş şəraiti
- Əmək haqqı:1300-1500 AZN
- İş yeri:Lənkəran şəhəri
- İş qrafiki: Həftədə 6 gün,bir gün istirahət
- Nahar və korporativ nömrə şirkət tərəfindən verilir.
- Muraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 077 244 56 51 nömrəsinə CV-nizi “Lənkəran üzrə Restoran İnzibatçısı” başlığı ilə göndərə bilərsiniz.