Vacancies
BR

Restoran İnzibatçısı

Boranı restoranlar şəbəkəsi

Boranı Restoranı Lənkəran filialı üzrə Restoran İnzibatçısı vakansiyası elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Filialın gündəlik inzibati və təşkilati fəaliyyətinin koordinasiya olunması;

• Filialda daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət;

• İşçi heyətinin işə davamiyyəti, iş qrafiki və ümumi fəaliyyətinə nəzarət;

• Filialın gündəlik iş prosesinin düzgün və fasiləsiz təşkilinin təmin edilməsi;

• Şirkət rəhbərliyi tərəfindən verilən tapşırıqların icrasına nəzarət;

• Filial üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

• Filialın təsərrüfat, avadanlıq və digər inzibati ehtiyaclarının izlənilməsi;

• Aşkar olunan problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və aidiyyəti şəxslərə bildirilməsi;

• İşçilər arasında iş bölgüsünün və əməkdaşlığın düzgün təşkilinə dəstək göstərilməsi;

• Şirkətin daxili prosedur və standartlarının filialda tətbiqinə nəzarət.

Requirements

  • 25–40 yaş aralığında olmaq;
  • İnzibati və ya idarəetmə sahəsində iş təcrübəsinin olması arzuolunandır;
  • Təşkilatçılıq və idarəetmə bacarığı;
  • Məsuliyyətli və operativ qərarvermə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Səliqəli, intizamlı və ünsiyyətcil olmaq;
  • Restoran və xidmət sahəsində iş təcrübəsi üstünlükdür.
  • İş şəraiti
  • Əmək haqqı:1300-1500 AZN
  • İş yeri:Lənkəran şəhəri
  • İş qrafiki: Həftədə 6 gün,bir gün istirahət
  • Nahar və korporativ nömrə şirkət tərəfindən verilir.
  • Muraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 077 244 56 51 nömrəsinə CV-nizi “Lənkəran üzrə Restoran İnzibatçısı” başlığı ilə göndərə bilərsiniz.
Back